Savalan yaşayış massivində binada su problemi ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Savalan yaşayış massivində binada su problemi ilə bağlı AÇIQLAMA - VİDEO

607384

Sabunçu rayonu Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksində 3 binanın zirzəmisinə 18 gündür dayanmadan su axdığı iddia edilir.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, artır.

Qeyd edirlər ki, günlərdir bu problem onların həyat və yaşayışını çətinləşdirib:

"18 gündür binanın zirzəmisindən su vururuq, qurtarmır. Mənbəyi bilinmir, burada anbar var, bəlkə o partlayıb".
 

"Bu binaya laqeyid yanaşırlar. Bu binanın altından elektrik şitləri keçir. Su artıb şitə çatan kimi binanın işıq sistemi dayanır", - deyə digər sakin əlavə edib.


Şikayətçilər deyirlər ki, problemlə bağlı aidiyyəti üzrə müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmi hissəsinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb, hal-hazırda da işlək vəziyyətdədir.

Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirildi ki, sözügedən ünvana Sabunçu rayon Sukanal İdarəsinin briqadası tərəfindən baxış keçirilib.

Xətlər yoxlanılıb, hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Həmçinin şikayətə əsasən, zirzəmidəki sudan nümunə götürülüb. Analizin cavabına əsasən zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib, vətəndaşlara da bununla bağlı məlumat verilib.

Daha ətraflı "Xəzər TV"nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin