Azərbaycanda uşaqlara bu adların qoyulması QADAĞAN EDİLİR

Hazırda oxunan: Azərbaycanda uşaqlara bu adların qoyulması QADAĞAN EDİLİR

607334

Azərbaycanda uşaqlara Şah, Bəy və Xan adlarının qoyulması qadağan edilir.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, hazırda Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasında və digər dövlət qurumlarında məsələyə baxılır. 

Buna səbəb həmin sözlərin keçmişdə bəzi şəxslərin daşıdığı titulu ifadə etməsidir. 

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun baş direktoru, Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli “Yeni Sabah”a açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, bundan sonra şah, bəy və xan sözləri yalnız adlara bitişik yazıldığı halda istifadəsi mümkün olacaq:
 

“Şah, xan və bəy sözləri hər hansı zümrəni ifadə etmir, bunların mənası başçı, hökmdar deməkdir. Qədimdə də bu adlardan istifadə olunub, indi də mümkündür. Amma ayrıca yox. Məsələn, uşağa Əvəzxan adı qoyula bilər.


Bizdə Xan tipli təkhecalı adlar adətən istifadə edilmir. Lakin xan deyəndə başçı nəzərdə tutulduğu üçün bu formada olan adların ayrıca istifadə olunmasına icazə verilməyəcək. Eləcə də həmin sözlərin addan ayrı yazılması qəbul edilməyəcək. Məsələn, Nadir bəy Məmmədli. Bu cür yazmaq olmaz. Yalnız ad və soyadlara bitişik olduğu halda istifadə oluna bilər. Əlibəy və ya Əlibəyli kimi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin