Şanlıurfada məktəbə hücum edən şəxs bir gün əvvəl saxlanılıbmış: SƏHLƏNKARLIQ

Hazırda oxunan: Şanlıurfada məktəbə hücum edən şəxs bir gün əvvəl saxlanılıbmış: SƏHLƏNKARLIQ

607368

Türkiyənin Şanlıurfa bölgəsində liseyə silahlı hücum edərək 16 nəfəri yaralayan və sonra qəsd edən 19 yaşlı Ömər Ket haqqında şok detallar üzə çıxıb. Məlum olub ki, o, faciədən cəmi bir gün əvvəl polis tərəfindən saxlanılıb, lakin sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, Şanlıurfanın Siverek rayonunda yerləşən Əhməd Qoyuncu Peşə və Texniki Anadolu Liseyinə ov tüfəngi ilə daxil olan Ömər Ket ətrafa nizamsız atəş açıb. Nəticədə aralarında şagirdlərin də olduğu 16 nəfər yaralanıb. Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb olunsa da, hücumçu eyni silahla qəsd edib.

Hadisənin ən sarsıdıcı tərəfi isə hücumçunun öncədən etdiyi xəbərdarlıqlardır.

Ömər Ket internetdə "Bu məktəbdə hücum olacaq, hamınızı yox edəcəyəm" deyə paylaşımlar edib.
 

Məktəb direktoru bu paylaşımları görərək polisə şikayət edib. Şübhəli şəxs hadisədən bir gün əvvəl saxlanılıb, ifadəsi alındıqdan sonra isə sərbəst buraxılıb.


İddialara görə, Ömər Ket dərslərdəki davamiyyətsizliyi ucbatından sinifdə qalıb və qiyabi təhsildə də uğur qazana bilməyib. O, təhsil həyatının uğursuz olmasında məktəb direktorunu günahlandırırmış və hücumu qisas məqsədilə planlaşdırıb. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin