ABŞ-də yeni bombardmançı təyyarənin İLK FOTOSU

Hazırda oxunan: ABŞ-də yeni bombardmançı təyyarənin İLK FOTOSU

607362

ABŞ-ın "B-21 Raider" strateji bombardmançısı ilk dəfə üst hissəsinin tam göründüyü fotoşəkildə nümayiş etdirilib.

Bizim.Media TWZ nəşrinə istinadən xəbər verir ki, daha əvvəl istehsalçı yalnız ön və yan tərəflərin şəkillərini dərc etmişdi.

Şəkil "Northrop Grumman" şirkəti tərəfindən təqdim olunub və havada yanacaqdoldurma sınaqları zamanı çəkilib.
 

Şirkətdən bildiriblər ki, istehsal infrastrukturunun yaradılmasına beş milyard dollardan çox vəsait ayrılıb. İlk təyyarələrin 2027-ci ildə Ellsuort aviabazasına daxil olacağı gözlənilir.


Bildirilir ki, "B-21" ölçülərinə görə silahlanmada olan "B-2 Spirit" stels-bombardmançılarından kiçikdir, lakin daha böyük uçuş məsafəsinə malikdir. Qiymətləndirmələrə görə, yeni model, ehtimal ki, sələfindəki dörd mühərrik əvəzinə iki mühərriklə təchiz olunub. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin