İran danışıqların növbəti mərhələsi üçün ŞƏRTLƏRİNİ bildirdi

Hazırda oxunan: İran danışıqların növbəti mərhələsi üçün ŞƏRTLƏRİNİ bildirdi

607349

Tehran İrana gələn Pakistan Ordusunun baş komandanı Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə məsləhətləşmələrdən sonra Vaşinqtonla danışıqların növbəti mərhələsi barədə qərarını açıqlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Livanda atəşkəs İran üçün müsbət əlamət olub, lakin Tehran Vaşinqtonun danışıqlar prosesində məntiqi çərçivəyə riayət etməsində israr edir.

Əvvəlki danışıqlarda İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli barədə razılığa gələ bilməyiblər. Gələcək dialoqun perspektivləri hələ də qeyri-müəyyəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin