Bakıda “Hyundai” alışıb yandı - VİDEO

Hazırda oxunan: Bakıda “Hyundai” alışıb yandı - VİDEO

607364

Paytaxtın Nərimanov rayonu Kazım Kazımzadə küçəsində avtomobildə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin