Türkiyənin TRT1 kanalında yayımlanan "3'te 3" şousunda iştirakçılardan birinə Azərbaycanla bağlı sual ünvanlanıb.
Bizim.Media xəbər verir ki, Mehmet Emre Kaplan adlı iştirakçıdan "Qardaş ölkə Azərbaycanın bayrağında neçə rəng var" deyə soruşulub.
O, cavabı bilmədiyini söyləyib və buna görə kömək haqqından istifadə edib. Nəticədə o sualı düzgün cavablandırmağı bacarıb.
İştirakçı bu sualı bilmədiyinə görə utandığını və azərbaycanlı dostlarından üzr istədiyini bildirib.
Qeyd edək ki, sual 500 min lirə (19 min manat) dəyərində olub. (axşam.az)
Bizim.Media











































































































