Futzal millimiz yenə Qazaxıstana uduzdu

Hazırda oxunan: Futzal millimiz yenə Qazaxıstana uduzdu

607345

Futzal üzrə milli komandamız bu gün Aktauda Qazaxıstan yığması ilə ikinci beynəlxalq oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, ilk oyunla müqayisədə baş məşqçi Yevgeni Kukseviç 14-lükdə iki dəyişiklik etmişdi.

Eldar Zeynalov və Qüdrət Qasımzadənin əvəzinə Tofiq Mikayılov və Pünhan Qasımzadə komandamıza kömək edirdi. 

Birinci oyuna yorğun çıxan millimiz bu dəfə daha inamlı təsir bağışladı. Düzdür, hesabı meydan sahibi komanda açdı. Ancaq Ülvi Əliyevlə dərhal bərabərliyi təmin etdik. Növbəti qolu da qazaxlar vursa da, bu dəfə Ədalət Ələkbərov status-kvonu bərpa etdi və komandalar fasiləyə “sülh”lə yollandılar. 
 

İkinci hissəyə komandamız daha yaxşı başladı. Hətta ilk real qol vəziyyətini millimiz yaratdı. Oqtay Rüstəmli qapıçı ilə üzbəüz qalsa da, hesabı xeyrimizə dəyişə bilmədi. Əvəzində 29-cu dəqiqədə meydan sahibləri fərqləndi. Qazax futzalçılar 33-cü dəqiqədə fərqi 2 topa yüksəltdi. Ülvi Əliyev və Kənan Manafov qol vurmağa yaxın oldu. 


Qeyd edək ki, oyunu Azərbaycan Respublikasının Aktau şəhərindəki konsulluğunun, eləcə də diaspor əməkdaşları da izləyirdi. 

Qazaxıstan – Azərbaycan (2:2) 4:2 

Qollar: Azat Valiullin, 13:35, Albert Akbalıkov, 16:42, 28:26, Damir Kairbai, 32:22 // Ülvi Əliyev, 14:29, Ədalət Ələkbərov, 17:25

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin