ABŞ-da anadan olmuş Küveyt vətəndaşı olan jurnalist Əhməd Şihab-Eldin mart ayında Küveyt hakimiyyəti tərəfindən həbs edilib və hələ də həbsdədir.
Bizim.Media xəbər verir ki, bu barədə “Nyusvik” (Newsweek) məlumat yayıb.
Bildirilib ki, o, martın əvvəlində, ABŞ-ın İrana qarşı “Güclü qəzəb” əməliyyatı başlayandan bir neçə gün sonra həbs edilib. 41 yaşlı jurnalist “Nyu York Tayms”, “Əl-Cəzirə” də daxil olmaqla, bir sıra məşhur nəşrlərdə çalışıb.
Hakimiyyət orqanları onu yalan məlumat yaymaqda və milli təhlükəsizliyə zərər vurmaqda ittiham edib.
Həbs olunmazdan əvvəl son paylaşımlarından biri 2 martda Küveytdə Amerika qırıcı təyyarəsinin qəzaya uğraması ilə bağlı olub. Videoda qırıcı təyyarənin Küveyt üzərində qəzaya uğradığı göstərilir. ABŞ ordusu daha sonra bildirib ki, üç Amerika F-15E qırıcısı “dost atəşi" nəticəsində vurulub. Altı heyət üzvünün hamısı təhlükəsiz şəkildə katapultasiya edilib.
Onu 10 ilə qədər həbs cəzası gözləyir. (axar.az)
Bizim.Media







































































































