“Dmitri Qordon” Sankt-Peterburqda saxlanıldı - FOTO

Hazırda oxunan: “Dmitri Qordon” Sankt-Peterburqda saxlanıldı - FOTO

607319

Sankt-Peterburqdakı Moskva vağzalında üz tanıma sistemi ukraynalı jurnalist Dmitri Qordon əvəzinə rusiyalı rok musiqiçisi Dmitri Qalyaminskixi tanıyıb və polis onu saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Meduza məlumat yayıb.
 

Musiqiçinin sözlərinə görə, polis əməkdaşlarından biri hətta onun saqqalını və saçını “gizlənmə ehtimalı” baxımından yoxlayıb. Daha sonra səhv başa düşüldüyü üçün o, sərbəst buraxılıb. Qalyaminskix bildirib ki, bu səbəbdən az qala qatara gecikəcəkdi.


Hadisə ilə bağlı Şimal-Qərb Federal Dairəsi üzrə Nəqliyyatda Daxili İşlər İdarəsinin mətbuat xidməti “Podyom” nəşrinə açıqlamasında bunu sistemin ilk belə yanlışlığı adlandırıb və bildirilib ki, “sadəcə insanı yoxlayıb buraxıblar”.

Qeyd edək ki, Dmitri Qordon Rusiyada axtarışdadır və 2024-cü ildə ona qarşı qiyabi qaydada 14 il həbs hökmü çıxarılmışdı. Məhz buna görə üz tanıma sisteminin yanlış reaksiyası xüsusi diqqət çəkib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin