Bir zamanların sevilən aktrisası kirayə pulunu verə bilmir

Hazırda oxunan: Bir zamanların sevilən aktrisası kirayə pulunu verə bilmir

607361

Yeşilçamın unudulmaz simalarından olan və "Bayan Bacak" ləqəbi ilə tanınan 70-ci illərin ulduzu Serpil Örümcer sosial media vasitəsilə izləyicilərinə səslənərək kömək istəyib.

Bizim.Media xəbər verir ki, uzun müddətdir iqtisadi çətinliklərlə mübarizə aparan usta sənətçi, hazırda çıxılmaz vəziyyətdə olduğunu bildirib.

Yaşadığı evin şəhərsalma layihəsinə daxil edilməsi səbəbindən evsiz qalma təhlükəsi ilə üzləşən Örümcer, artan kirayə qiymətlərindən şikayətlənib.

Yeni mənzil tutmaq üçün maddi imkanının olmadığını vurğulayan sənətçi, çəkdiyi videoda bu sözləri qeyd edib:
 

"Mən 1970-ci illərin sənətçisi Serpil Örümcerəm. Hazırda çox çətin vəziyyətdəyəm, kirayə pulunu verməyə gücüm çatmır. Evdən çıxmaq üçün çox az vaxtım qalıb".


Bir dövrün ən məşhur model və aktrisalarından olan Örümcerin bu fəryadı qısa zamanda sosial şəbəkələrdə gündəm olub. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin