"Bu gün Beynəlxalq Mədəniyyət Günüdür. Günümüzə qədər gəlib çıxan, Qubadakı 18-19-cu əsrlərə aid Çuxur hamamından danışmaq yerinə düşər".
Bizim.Media xəbər verir ki, bu fikirlər AzTV-nin videomaterialında yer alıb.
El arasında "Hündürgünbəzli hamam" və ya "Bəkir hamamı" kimi də tanınır.
"Çuxur hamam" adlandırılmasının səbəbi isə hamamın yerləşdiyi ərazinin yer səthindən bir neçə metr aşağıda olmasıdır. Abidənin unikallığından biri də buranın qırmızı kərpiclə tikilməsidir. Hamam Şərq memarlıq incilərindən hesab edilir.
Ümumilikdə, bu tikili 1985-ci ilə qədər hamam kimi fəaliyyət göstərib, daha sonra isə tarixi mədəniyyət abidəsi olaraq qeydiyyata alınıb və Mədəniyyət Nazirliyi tərəfindən qorunmaqdadır.
1918-ci ildə ermənilərin xalqımıza qarşı törətmiş olduqları soyqırımıların biri də Qubada baş verib. Həmin soyqırımı zamanı yerli sakinlərin bildirdiklərinə görə, məhz bu hamamda insanları buxarda boğaraq öldürüblər.
Bizim.Media











































































































