İstiqlal Muzeyində Avropa Oyunlarına həsr olunmuş rəsm sərgisi açılıb.
Moderator.az-ın publika.az-a istinadən məlumatına görə, rəssamlar Avropa Oyunlarından ilhamlandıqlarını deyiblər. Rəssamlar Avropa Oyunarı haqqında fikirlərini boyalarla çatdırmağa üstünlük veriblər.
“Üç top”x9d əsərinin müəlifi, Günel Ravilova nağılların sonunda deyilən “göydən üç alma düşdü”x9d sözlərindən xoşu gəldiyinə görə, öz əsərndə də bunu ifadə edib. Amma alma əvəzinə topa üstünlük verib. “Mənim əsərimdə də elə bil göydən üç top düşür. Avropa Oyunları aktual olduğu üçün bu mövzuya müraciət etdim”x9d.
Sərgidə 50-dən artıq rəsm əsəri nümayiş olunur.
Həmin fotoları təqdim edirik:



































































































