Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

Hazırda oxunan: Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

624038

Kiyev vilayətinin Vişnevoye yaşayış məntəqəsində düşmən hücumları nəticəsində genişmiqyaslı dağıntılar qeydə alınıb. Son məlumatlara görə, 90-dan çox ev tamamilə dağılıb, 300-ə yaxın tikili isə müxtəlif dərəcədə zərər görüb.

Bizim.Media xəbər verir ki, ərazidə xilasetmə və axtarış işləri davam edir.
 

Dağıntılar arasında xilasedicilər ağır vəziyyətdə olan bir pişik tapıblar. Heyvan dərhal tibbi müdaxilə üçün baytarlıq klinikasına çatdırılıb və hazırda mütəxəssislər onun həyatını xilas etmək üçün mübarizə aparırlar.


Yerli sakinlər baş verənləri "dəhşət" olaraq xarakterizə edir və yaşayış massivinin tamamilə yararsız hala düşdüyünü bildirirlər. Hüquq-mühafizə orqanları mülki infrastruktura vurulan ziyanı sənədləşdirməyə davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin