Almaniyalı aktyor Til Şvayger “Boçka” filmində rol aldığına görə 600 min dollar qonorar alıb.
Bizim.Media xəbər verir ki, bu barədə filmin baş prodüseri Andrey Lipov məlumat yayıb.
“Bir çəkiliş günü üçün qonorar 100 min dollar idi, altı çəkiliş günü oldu”, – deyə Lipov RİA Novosti agentliyinə bildirib.
Rusiya-Belarus istehsalı olan film 2024-cü ildə Belarusda çəkilib. Şvayger filmdə əsas rollardan birini – keşiş obrazını canlandırıb.
Bizim.Media

































































































