Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını qəti şəkildə dondurub və təşkilatın fəaliyyətində tamhüquqlu iştirakın bərpası perspektivini görmür.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Sloveniyanın xarici işlər naziri Tanya Fayyonla birgə keçirdiyi brifinqdə bildirib.
Bundan əvvəl KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja Ermənistanın təşkilatdan çıxarılmasına çağırıb. O, respublikanın təşkilatın fəaliyyətində iştirak etmədiyini və üzvlük haqlarını ödəmədiyini qeyd edib.
Xatırladaq ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dayandırıb və üzvlük haqlarının ödənilməsini dayandırıb. Bununla belə, təşkilatın nizamnaməsində üzvlüyün dondurulması nəzərdə tutulmayıb.
Bizim.Media






























































































