Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Hazırda oxunan: Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

644730

Bakıda polisin qanuni fəaliyyətinə maneə olan və xuliqanlıq hərəkətləri edən sahibkar həbs olunub.

Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, bir neçə gün əvvəl gündüz saatlarında yol polisi əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayıblar. Sərxan adlı sürücüyə həmin saatlarda yükgötürmə qabiliyyətinin 8 tondan çox olduğu nəqliyyat vasitələrinin paytaxtın müəyyən edilmiş ərazilərində hərəkət etməsinin qadağan olunduğu bildirilib. 
 

Bu zaman sürücü yük avtomobillərinin sahibi olan Cəbrayıl rayon sakini 1992-ci il təvəllüdlü Kazım Kərimova (ad-soyad şərtidir) zəng edib. Sahibkar isə polis əməkdaşları ilə kobud danışaraq müxtəlif iddialar irəli sürüb. Özünü generallardan birinin adamı kimi təqdim edən şəxs təhqiramiz ifadələr işlədib.


Daha sonra Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində K.Kərimov polis əməkdaşları ilə münaqişə yaradıb. Bu səbəbdən o saxlanılıb və sərxoş halda olması müəyyən edilib.

Barəsində inzibati protokol tərtib edilən sahibkar Binəqədi Rayon Məhkəməsinə göndərilib və müvafiq qərarla 10 sutka müddətinə inzibati həbs edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin