Kanadada sərxoş vəziyyətdə olan ukraynalı küçə musiqiçisini onu rusiyalı hesab etdiyinə görə dişləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Kişi küçədə gitara ifa edən musiqiçiyə əvvəlcə 50 Kanada dolları verib, daha sonra eyni məbləğdə pul və bir şüşə şərab bağışlayıb. Musiqiçi onun haradan gəldiyini soruşduqda, kişi ölkəni özü təxmin etməyi təklif edib. Musiqiçi aksentinə görə onu rusiyalı hesab edib.
Bu cavab ukraynalını qəzəbləndirib və o, musiqiçinin yanağını dişləyərək dərisini qanadıb.
Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər zərərçəkənə tibbi yardım almağı və polisə müraciət etməyi tövsiyə ediblər. Hücum edən şəxsin saxlanılması barədə hələlik məlumat yoxdur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:48 / 28.10.2026
Sərxoş kişi küçə musiqiçisini dişlədi – “Elə bildi ki, rusam” - VİDEO
Hazırda oxunan: Sərxoş kişi küçə musiqiçisini dişlədi – “Elə bildi ki, rusam” - VİDEO
Hazırda oxunan: Sərxoş kişi küçə musiqiçisini dişlədi – “Elə bildi ki, rusam” - VİDEO
644659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































