Orteqanı çəki itirməsinə görə Ariana Qrande ilə müqayisə edirlər

Hazırda oxunan: Orteqanı çəki itirməsinə görə Ariana Qrande ilə müqayisə edirlər

630796

“Wednesday” serialının 23 yaşlı ulduzu Jenna Orteqa Hollivudda yeni narahatlıq mövzusuna çevrilib.

Bizim.Media xəbər verir ki, aktrisanın Esquire jurnalına verdiyi yeni müsahibədən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 

Müsahibə Orteqanın sürətlə məşhurlaşması və rejissor Tim Börtonla əməkdaşlığına həsr olunub. Lakin sosial şəbəkə istifadəçiləri aktrisanın yaradıcılıq uğurlarından daha çox onun həddindən artıq arıq görünüşünə diqqət yetiriblər.


Bəzi istifadəçilər Orteqanı çəki itirməsinə görə tez-tez tənqid olunan Ariana Qrande ilə müqayisə ediblər.

“Bu qızın valideynləri haradadır?”

Müsahibədən kadrlar qısa müddətdə sosial şəbəkələrdə yayılıb. X istifadəçiləri gənc aktrisanın səhhəti ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə ediblər.

“Növbəti Ariana Qrande... Orteqa ilə baş verənlər məni həqiqətən narahat edir. Bu qızın valideynləri haradadır? Ümid edirəm ki, özünə yaxşı baxır”, – istifadəçilərdən biri yazıb.

Digər şərhdə isə “Mən də şokdayam. Vəziyyət qorxuducu olmağa başlayır” deyə bildirilib.

Bu reaksiyalar Hollivudda son vaxtlar “sümüklü” bədən estetikasına marağın yenidən artması və arıqlama məqsədilə istifadə olunan GLP-1 preparatlarının populyarlaşması fonunda yaranıb.

Bununla belə, Jenna Orteqa heç vaxt bu cür preparatlardan istifadə etdiyini və ya çəki problemi yaşadığını açıqlamayıb.

Uşaqlıq travmaları və şöhrətin qiyməti

Aktrisanın müsahibədə karyerasının ilk illəri ilə bağlı xatirələri də xüsusi diqqət çəkib. Orteqa uşaqlıqda çəkiliş meydançalarında böyüklər üçün yük olmaqdan panik həddə qorxduğunu və bu səbəbdən orqanizminin ən əsas ehtiyaclarını belə nəzərə almadığını danışıb.
 

“Mən hətta bir qurtum su istəmirdim. Bütün günü yeməksiz, susuz və başqa heç nə etmədən keçirə bilirdim, çünki heç kimi narahat etməmək istəyirdim”, – aktrisa etiraf edib.


Orteqa geriyə baxanda bunun səhv olduğunu və həmin dövrdə “özünə ümumiyyətlə qayğı göstərmədiyini” qəbul edib.

Aktrisanın bu sözləri onun xarici görünüşü ətrafında yaranan müzakirələr fonunda pərəstişkarlarını daha da narahat edib və uşaqlıqdan kamera və sosial şəbəkələrin diqqət mərkəzində böyüyən aktyorların üzləşdiyi psixoloji təzyiq məsələsini yenidən gündəmə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin