Supermodel Alessandra Ambrosio evlənir - FOTO

Hazırda oxunan: Supermodel Alessandra Ambrosio evlənir - FOTO

630789

Supermodel və keçmiş Victoria's Secret mələyi Alessandra Ambrosio ailə qurmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, 45 yaşlı ulduz sevgilisi, avstraliyalı zərgərlik dizayneri və keçmiş model Bak Palmerin evlilik təklifinə “hə” cavabı verib.

Cütlük təxminən iki ildir birlikdədir. Onların münasibəti 2024-cü ilin sonunda başlayıb.

Evlilik təklifi İndoneziyada çimərlikdə son dərəcə romantik şəraitdə baş tutub. Bak Palmer çimərlikdə bikini geyinmiş Alessandra Ambrosionun qarşısında diz çökərək ona evlilik təklifi edib.
 

Alessandranın “hə” cavabından sonra sevgililər bir-birinə ehtirasla sarılıb, daha sonra qırmızı qızılgül ləçəklərindən hazırlanmış ürəyin içində poza veriblər.


Supermodel bu xoş xəbəri cütlüyün birgə Instagram hesabında paylaşdığı fotolarla elan edib.

“Bu həyatda və bütün digər həyatlarda səni seçərdim. Əbədiyyətədək, sevgilim”, – deyə Ambrosio paylaşımına yazıb.

Fotolarda xoşbəxt gəlin namizədi barmağındakı iri brilyant qaşlı nişan üzüyünü nümayiş etdirib.

Qeyd edək ki, cütlüyün nişanlanması ilə bağlı söz-söhbətlər hələ yaz aylarında yayılmışdı. Həmin vaxt onlar yenə İndoneziyaya səfərləri zamanı barmaqlarında qızıl üzüklərlə görüntülənmişdilər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin