Atası ilə bağlı paylaşımı gündəm oldu - FOTO

Hazırda oxunan: Atası ilə bağlı paylaşımı gündəm oldu - FOTO

629083

Türkiyədə Etimesgut Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində həbs olunan bələdiyyə sədri Erdal Beşikçioğlu ilə bağlı qızı Derin Beşikçioğlu sosial media hesabında emosional paylaşım edib.

Bizim.Media xəbər verir ki, atası ilə çəkdirdiyi fotoları paylaşan Derin Beşikçioğlu onun dürüst və vicdanlı insan olduğunu vurğulayaraq bunları yazıb:
 

"Belə dürüst, əxlaqlı və vicdanlı bir atam olduğuna görə qürur duyuram. Mənə əyilməməyi, ədalətsizliyə və qanunsuzluğa qarşı susmamağı öyrətdiyin üçün təşəkkür edirəm. Həmişə başımız dik, vicdanımız rahat olacaq".


O, paylaşımında "Gördük ki, nə siyasət, nə də qanun vicdana dözə bilmir" ifadəsini də işlədərək atasına dəstəyini nümayiş etdirib.

Qeyd edək ki, Ankara Qərb Baş Prokurorluğunun Etimesgut Bələdiyyəsində korrupsiya və tender pozuntuları ilə bağlı apardığı istintaq çərçivəsində Erdal Beşikçioğlu da daxil olmaqla 40 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin