Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs Bodrumdakı evində mənəvi qızı Didem Karus üçün keçirilən elçilik mərasiminə ev sahibliyi edib.
Bizim.Media xəbər verir ki, mərasim Muğlanın Bodrum rayonunun Bitez məhəlləsində yerləşən evin bağında ailə üzvləri və yaxın dostların iştirakı ilə baş tutub.
Səmimi atmosferdə keçən tədbirdə Tatlısəs mənəvi qızı Didem Karusu iş adamı Orkan Çömlekçiyə verib. Bildirilir ki, sənətçi bu özəl gündə duyğulu anlar yaşayıb.
Ənənəvi qız istəmə mərasiminin keçirildiyi tədbirdə İbrahim Tatlısəs mənəvi qızına "beşi bir yerdə" qızıl hədiyyə edib. Hədiyyə mərasimin diqqət çəkən məqamlarından biri olub.
Elçilikdən sonra qonaqlar musiqi sədaları altında halay çəkərək cütlüyün sevincini bölüşüblər. Ailə üzvləri və yaxın dostların qatıldığı tədbirdən görüntülər sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Məlumata görə, Didem Karus və Orkan Çömlekçinin toy mərasiminin sentyabr ayında keçirilməsi planlaşdırılır. (demokrat.az)



Bizim.Media








































































































