“Alya”nın ilk sevgisi o olacaq

Hazırda oxunan: “Alya”nın ilk sevgisi o olacaq

628695

Yeni mövsümü maraqla gözlənilən seriallardan olan “Uzak Şehir”in heyətinə yeni aktyor daxil olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.
 

Bildirilib ki, yeni mövsümdə “Alya”nın ilk sevgisi kimi “Enver” obrazı təqdim ediləcək. Məlumata görə, həmin obrazı aktyor Onur Özaydın canlandıracaq.


Qeyd olunub ki, “Enver” Budapeştdə yaşayan nüfuzlu restoran sahibidir və o, özünəinamlı, xarizmatik bir şəxsiyyət kimi göstəriləcək.

Serialın Budapeştdə keçiriləcək çəkilişlərinin isə 15-20 avqust tarixləri arasında aparılması planlaşdırılır.




 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin