"Qoyun bir-birimizdən ayrı qalaq. Bəlkə o da mənsiz beynini dincəltmək istəyir? Hər bir insanın öz rahat dünyası var".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə canlı yayımda deyib.
Aparıcı həyat yoldaşı Günay Baxşəliyeva və övladları ilə istirahətə getməməsi haqda sualları cavablandırıb.
Zaur həyat yoldaşı ilə hər zaman birlikdə olmağın doğru olmadığını bildirib:
"Siam əkizi deyilik, ər-arvadıq. Bir-birimizə yapışmalı deyilik. Nə qədər can-ciyər, bacı-qardaş, ana-bala olsan belə, bir-birindən aralı qalmalısan ki, beyin rahatlaşsın".
Zaur işləmədiyi üçün tətilə gedə bilmədiyini yazanlara isə zarafatla "İşləmirəm deyə məni aparmayıblar? Əslində elədir. İşləməyənə yemək yoxdur, həyatın qanunu budur. Hamı soruşur ki, niyə tətilə getməmisən" cavabını verib.(Axşam.az)
Bizim.Media

































































































