Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

Hazırda oxunan: Arzumla bağlı canlı yayımı 86 min insan izlədi - FOTO

628062

Xəbər verdiyimiz kimi, ötən günlərdə TikTok platformasında "Arzum” ləqəbi ilə tanınan İlduzə Hacıyeva məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

Ölkə gündəmini zəbt edən bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İctimaiyyətin məsələyə marağı xüsusilə məhkəmə prosesləri və sonrakı görüntülərlə bağlı paylaşımlarda özünü göstərib.

Bizim.Media xəbər verir ki, diqqətçəkən məqamlardan biri də məhkəmə xəbərləri üzrə jurnalist Orxan Rasifoğlunun TikTok platformasında həyata keçirdiyi canlı yayım zamanı qeydə alınıb.
 

Belə ki, jurnalistin "Arzum” hadisəsi ilə bağlı təqdim etdiyi canlı yayımı eyni anda 86 min 200-dən çox istifadəçi izləyib. Bu göstərici sosial şəbəkələrdə media nümayəndələrinin canlı yayımları arasında rekord göstərici kimi qiymətləndirilib.


İzləyicilərin bu qədər böyük maraq göstərməsi bir daha təsdiqləyir ki, cəmiyyət aktual məhkəmə hadisələri ilə bağlı operativ və etibarlı məlumatlara ciddi ehtiyac duyur.

Müasir media mühitində sosial platformaların artan rolu fonunda belə göstəricilər jurnalistikanın yeni informasiya kanalları ilə daha geniş auditoriyaya çatdığını nümayiş etdirir. (azxeber.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin