Mirələm Mirələmova AĞIR İTKİ - FOTO

Hazırda oxunan: Mirələm Mirələmova AĞIR İTKİ - FOTO

617415

Tanınmış xanəndə Mirələm Mirələmovun ailəsinə ağır itki üz verib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Cəlal Qurbanov sosial şəbəkə hesabında bildirib.

Belə ki, Sənətçinin atası Fərman Mirələmov kişi 68 yaşında vəfat edib.
 

"Əziz dostum, qardaşım Mirələmin dəyərli atası Fərman kişinin 68 yaşında haqq dünyasına qovuşması bizi dərindən sarsıtdı. Mirələm atasına çox bağlı, onu böyük sevgi və ehtiramla sevən bir övlad idi. Fərman əminin gedişi ailəsi, doğmaları və onu tanıyan hər kəs üçün ağır itki oldu.


Bu ağır itkinin acısını bölüşərək, Mirələm qardaşıma, bütün ailə üzvlərinə və doğmalarına ailəmizin adından dərin hüznlə başsağlığı verir, Uca Allahdan Fərman əmiyə rəhmət, yaxınlarına səbir və dözüm diləyirik. Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun. Amin", - deyə məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin