Bu qızlarla evlənməyin! - TÖVSİYƏLƏR

Hazırda oxunan: Bu qızlarla evlənməyin! - TÖVSİYƏLƏR

617311

Evlənəcək oğlanlara tövsiyəm var. Elə bir tövsiyədir ki, insanın gələcəyini xilas edər.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib.

"Evlənmək istədiyiniz xanım öz doğma atasından narazıdırsa (istisnalar: ata alkaşdır, ata səviyyəsizdir, ata dələduzdur), həmin xanımla ailə qurmayın. Çünki onun əziyyətini çəkmiş doğma atasının qədrini bilmirsə və ona nankorluq edirsə, çətin ki sizə - ona yad bir kişiyə - hörmət və qayğı bəsləsin.
 

Desəniz ki, niyə bu qeydimi qızlar haqqında verib, oğlanlar haqqında yazmıram? Məsələ valideynə münasibətdə gedir, valideyin də insan üçün müqəddəs varlıqdır. Oğlanlar adətən valideyinlərindən razı olur - anasından da, atasından da. Qızların beyinlərini isə "valideyinlərin sənə uşaqlıqda travma yaşadıblar" deyən şarlotan, 2 həftəlik sertifikatlı psixoloqlar poza bilir.


Dinə görə, hansı övladdan valideynlər razı olarsa, Allah da həmin övladdan razı olar; mənası - valideyinlərinizə qarşı xoş davranın", - deyə Fərhad Mehdiyev evlənmək istəyən oğlanlara məsləhət verib.

"Qızlara da tövsiyəm var. Bilirik ki xoşunuza gələn oğlan tipi vurub-dağıdan, qolu zorba-avara tiplərdir, cibində pulu olsa, ümumiyyətlə ondan yaxşısı yoxdur sizin üçün. Qadınlarda bu istək qəbilə dövründən qalan şüuraltı bir faktordur: çünki bu tipdə bir kişi həmin qadını və onun övladlarını qoruyub saxlaya biləcək. Amma bu tip oğlanlar da ailəsinə qarşı o qədər sadiq, həssas və nəzakətli olmurlar, məsələn çəkdiyi siqaretin kötüyünü yerə atır, qısacası xuliqan tiplər.

Siz heç görmüsünüz kitabxanada elmlə məşqul olan oğlanları qızlar bəyənsin? Çox nadir hallarda. Qızlar özlərinə yaxşı ər seçmək istəyirlərsə, başı aşağı, mədəni, işgüzar, elmə və sənətə yaxın, altruizmlə dolu oğlanlara diqqət yetirsinlər. Onlar daha təxmin oluna bilən, daha sabit tiplərdir" - professor əlavə edib. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin