Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərli ilə barışması haqda xəbərlərə münasibət bildirmək istəməyib.
Bizim.Media xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi aparıcının "Bildiyimə görə Roza və Elza xanımın arasında barışıq addımı var" sözlərinə belə cavab verib:
"Bu barədə qətiyyən danışmaq istəmirəm. Bu mövzuda ilk danışan da olmaq istəmirəm. Mən heç vaxt heç kimdən küsmürəm".
Qeyd edək ki, Roza Zərgərli yutubda yayımlanan "Baylarsoylar" layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək, onu "meymun", "təlxək", "dəli" adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzunun təhqir edildiyini bildirən E.Seyidcahan qarşı tərəfi məhkəməyə verib. (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:33 / 04.06.2026
Elza Seyidcahan Roza Zərgərli haqda danışmaq istəmədi
Hazırda oxunan: Elza Seyidcahan Roza Zərgərli haqda danışmaq istəmədi
Hazırda oxunan: Elza Seyidcahan Roza Zərgərli haqda danışmaq istəmədi
617177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































