Müğənni Afət Fərmanqızı sosial şəbəkədə etdiyi canlı yayım zamanı maraqlı etirafı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi gənc və enerjili qalmasının sirrindən danışaraq gündəlik qidalanma vərdişlərini izləyiciləri ilə bölüşüb. O bildirib ki, hər gün mütəmadi olaraq qoz və alma istehlak edir.
Fərmanqızının sözlərinə görə, gün ərzində beş ədəd qoz və iki alma yeməyə üstünlük verir. Müğənni hesab edir ki, bu qidalar onun həm gümrah qalmasına, həm də özünü daha yaxşı hiss etməsinə kömək edir.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun qidalanma vərdişlərini dəstəkləsələr də, digərləri gənc görünməyin təkcə bu qidalarla bağlı olmadığını bildiriblər.
Qısa zamanda yayılan video istifadəçilər arasında maraq doğurub və çoxsaylı rəylər toplayıb./milli.az
Bizim.Media



































































































