Atatürk Olimpiya Stadionunda 120 min tamaşaçının toplanacağı gözlənilən Kanye Vestin konserti ilə əlaqədar İstanbul metrosu maksimum tutumla işləyir.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin məlumatına görə, hələ Bakı vaxtı ilə 18:0) M9 və M3 xətlərində artıq ikinci stansiyadan etibarən vaqonlara daxil olmaq qeyri-mümkün olub. M9 xəttinin son dayanacağı konsertin baş tutacağı Atatürk Olimpiya Stadionudur.
Konsertlə əlaqədar hər iki metro xətti bütün gecəni fəaliyyət göstərəcək. Qatarlar arasındakı interval ən azı 10 dəqiqə təşkil edir. Bundan əlavə, ətraf yollarda da tıxaclar müşahidə olunur.
Amerikalı repçi İstanbula bir gün əvvəl gəlib. Musiqiçi şəhərin ən dəbdəbəli otellərindən birində məskunlaşıb və pərəstişkarları orada onu qarabaqara izləyiblər.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:30 / 30.05.2026
Kanye Vestin konsertinə görə İstanbul metrosu İFLİC oldu
Hazırda oxunan: Kanye Vestin konsertinə görə İstanbul metrosu İFLİC oldu
Hazırda oxunan: Kanye Vestin konsertinə görə İstanbul metrosu İFLİC oldu
616266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































