Cennifer Enistonun keçmiş əri ata oldu

Hazırda oxunan: Cennifer Enistonun keçmiş əri ata oldu

608096

Aktrisa Cennifer Enistonun keçmiş əri Castin Teru ata olub.

Bizim.Media xəbər verir ki, həyat yoldaşı, aktrisa Nikol Braydon Blum bu xoş xəbəri sosial mediada yeni doğulmuş körpənin fotosunu paylaşıb.

Ağ-qara fotoda körpə atasının qucağındadır. Nikol "O, buradadır! Biz inanılmaz dərəcədə aşiqik" sözlərini yazıb.

Qeyd edək ki, bu, Terunun ilk övladıdır. Aktyor əvvəllər Cennifer Enistonla altı il evli olub, lakin cütlük 2017-ci ildə ayrılıb, baxmayaraq ki, onlar dost münasibətləri saxlayıblar.

Teru 2023-cü ildə Nikol Braydon Blumla görüşməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin