700 milyon qazancla rekord qırdı

Hazırda oxunan: 700 milyon qazancla rekord qırdı

607790

Ötən həftə Ledi Qaqa təxminən bir il davam edən genişmiqyaslı "The Mayhem Ball" turunu başa vurub.

Bizim.Media xəbər verir ki, bu müddət ərzində müğənni 93 solo konsert verib və təxminən 419,5 milyon dollar (700 milyon manat) qazanıb.

"The Mayhem Ball" Ledi Qaqanın karyerasında ən gəlirli dünya turu olub və bütün əvvəlki qastrol səfərlərini hər qitədə gəlir baxımından geridə qoyub.

Tur son yeddi ay ərzində "Billboard"-un aylıq "Top Tours" siyahısının ilk 10-luğunda sabit şəkildə yer alıb.

Qeyd edək ki, müğənninin yeddinci tammiqyaslı turu 16 iyul 2025-ci ildə Las-Veqasda başlayıb. (olay.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin