Rza Tamer vəfat etdi

Hazırda oxunan: Rza Tamer vəfat etdi

607650

Türkiyəli müğənni Rza Tamer vəfat edib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında Bodrumdakı evində qəfil halı pisləşən Tamer təcili xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, onun vəziyyətinin kritik olaraq qaldığı bildirilirdi. Lakin son xəbərlərə görə, Rıza Tamer vəfat edib.
 

Qeyd edək ki, küçədə səfil həyatı yaşayan müğənni “Benden sonra” mahnısı ilə məşhurlaşmışdı.


Xatırladaq ki, iyun ayında Bakıdakı konsertini ləğv etmiş, səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin