“10 il ərzində hər gün mənə hücumlar edilib” - Meqan Markl

Hazırda oxunan: “10 il ərzində hər gün mənə hücumlar edilib” - Meqan Markl

607464

Şahzadə Harrinin 44 yaşlı həyat yoldaşı və keçmiş Hollivud aktrisası Meqan Markl illərdir sosial şəbəkədə davam edən aqressiv hallardan şikayətlənərək özünü "dünyanın ən çox zorakılığa məruz qalan insanı" adlandırıb.

Bizim.Media xəbər verir ki, o bu barədə özünün və şahzadənin Avstraliyaya səfəri zamanı sosial media və ruhi sağlamlıq mövzusunda keçirilən konfransda deyib.

"10 il ərzində hər gün mənə hücumlar edilib. Dünyanın ən çox zorakılığa məruz qalan insanı mən idim" - o bildirib.

Qeyd edək ki, Markl Hollivud karyerasını tərk edərək Şahzadə Harri ilə evləndiyindən bəri mübahisələrlə qarşılaşıb.
 

Əvvəlcə bir çoxları amerikalı aktrisa ilə Britaniya taxtının varislərindən biri arasındakı birliyi tənqid edirdilər. Zamanla Meqanın çətin xarakteri və komandasında işçilərlə problem yaşaması ilə bağlı şayiələr yayılıb. İddia edilib ki, o, köməkçilərini göz yaşına boğub onları işdən çıxmağa məcbur edib.



Harri ilə birlikdə kral vəzifələrindən imtina edib ABŞ-a köçmək qərarına gəldikdən sonra ona qarşı yeni bir nifrət dalğası başlayıb. Tənqidçilər daha sonra Meqanı "ailə əlaqələrini pozmaqda" günahlandırıblar. Qısa müddət sonra o, Oprah Winfrey-ə verdiyi müsahibədə kral ailəsini oğlu Arçinin dəri rəngini müzakirə etdiklərinə görə irqçilikdə günahlandırıb.
 

O, həmçinin ərinin ailəsinin onun ruhi sağlamlıq problemlərinə laqeyd yanaşdığını, bununla da özünü o dövrdə bundan şikayət edən mərhum qayınanası Şahzadə Diana ilə müqayisə edib. Britaniyalılar Meqanın bunu reytinq üçün etdiyini və ailə sirlərini ictimaiyyətə yaydığını deyərək onu tənqid ediblər.


Lakin cütlüyün Amerikaya "qaçması" belə Meqanı nifrətdən xilas edə bilməyib. İnternetdə o, əri ilə birlikdə öz media imperiyasını qurmaq cəhdlərinə görə lağa qoyulub ("Sevdilə, Meqan" adlı yemək şousu).

Markl özü əvvəllər ona qarşı yönəlmiş nifrət barədə danışıb və bunu əlaqələndirilmiş qaralama kampaniyası adlandırıb.

Melisa Salayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin