Onkoloji xəstəlikdən əziyyət çəkən rusiyalı bloger Valeriya Çekalinanın (Lerçek) kimyaterapiyadan sonra fotoları yayılıb.
Bizim.Media xəbər verir ki, fotoları onun dostu Qoşa Kamaev “Instagram” səhifəsində paylaşıb.
Görüntülərdə Valeriya Çekalina xəstəxana çarpayısında uzanmış vəziyyətdə əks olunub.
Kamaevin sözlərinə görə, kimyaterapiyadan sonra blogerin vəziyyəti ağırlaşıb. Bununla belə, dostu qeyd edib ki, səhhətinə baxmayaraq, Lerçek iş proseslərini davam etdirməyə çalışır.
“Bu gün çox ağır gündür. Valeriyanın kimyaterapiyadan sonra vəziyyəti çox pis idi. Buna baxmayaraq, o, iş proseslərini qurmağa və maliyyə çətinliklərini necə həll etməyi düşünür. Onu bütün planları ləğv etməyə razı salmağa çalışırıq”, — deyə Kamaev bildirib.
Xatırladaq ki, fevral ayında Valeriya Çekalina dördüncü övladını dünyaya gətirib.
Doğuşdan bir gün sonra isə o, onkoloji reanimasiya şöbəsinə yerləşdirilib. Blogerə mədə xərçənginin 4-cü mərhələsi diaqnozu qoyulub.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:46 / 16.04.2026
Xərçəngdən əziyyət çəkən tanınmış blogerin son halı – FOTOLAR
Hazırda oxunan: Xərçəngdən əziyyət çəkən tanınmış blogerin son halı – FOTOLAR
Hazırda oxunan: Xərçəngdən əziyyət çəkən tanınmış blogerin son halı – FOTOLAR
607438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































