Züyçülər...

Hazırda oxunan: Züyçülər...

88018
Deyirəm gərək adamın bəxtı olsun, necə deyərlər, yüz yeyəni olsun, bir deyəni olmasın. Bilmirəm kimin sifarişidir, amma, toçno bilirəm, yüz faiz əminəm ki, bu yenə düşmən işidir, təkcə Elçin qaqaşımıza yox, bütövlükdə İşgəncələrə Qarşı Mübarizə Komitəsinə ( orda başqa kiminsə olmamasının elə də əhəmiyyəti yoxdur) qarşı təxribatdır. Xata yerə Elçin əkə, Behbudovu deyirəm, mətbuatda ağzından bir - iki söz buraxıb, keçmiş müdafiə nazirini pisləyib, təzə müdafiə naziri Z. Həsənovun ünvanına xeyli tərif yağdırıb, düşüblər yazığın üstünə. Elə götürək adının çəkilməsini istəməyən, YAP - ın sayəsində yığdıqlarını xımır - xımır yeyən, istefada olan generallardan birisi düşüb Elçin əkənin üstünə, nə düşüb. S. Əbiyevin çörəyini yeyən general deyib ki, “ Faktlar yoxdursa, komitə sədrinin dedikləri havaya atılan kurşun kimi bir şeydir. Onun açıqlamasının fakta deyil, qərəzə söykəndiyi aydınca müşahidə olunur. Görünür, E.Behbudov kimlərinsə xoşuna gəlmək istəyir və bunun üçün başqa yollar tapa bilmir. Ayıbdır!”x9d Sən Allah, gör heç hənanın yeridir, bir tikə zəhrimara qalmış çörək qazanmaq nə vaxtdan ayıb olur ki? Yaltaqlığı da hörmətdən salmış belə generallar imkan vermirlər ki, ağzını açıb bir söz deyəsən, kimisə pisləyib kimisə doyunca tərifləyəsən.

İndi artıq jurnalistlər də özlərini deputat kimi aparır, süzə - süzə gəzişib bala - bala şellənirlər. O gün adını jurnalist qoymuş birisi utanmaz - utanmaz Elçin əkədən soruşur ki, ”x9dMəgər gözləriniz görmür, öldürmək məqsədi ilə qəsdən türməyə basılan, amansız işgəncələrdən gözləri tutulan hüquq müdafiəçisi Leyla Yunusu içəridə əzişdirirlər, işgəncələr verirlər, niyə susursunuz?”x9d

Sağ olsun Elçin əkə, var olsun o yekə insan, nə desə yaxşıdır. Əkə dedi ki,  ”x9dLeyla Yunus ermənilərə işləyib, vətən xaini olub, mən ona görə beləsini müdafiə etmərəm.”x9d Quşu lap gözündən vurdun, Elçin əkə, YAP-ın çörəyi sənə halal olsun. Jurnalisti yerində elə oturtdun ki, heç cınqırını da çıxara bilmədi. Yaxşı ki, tez başa düşdün ki, o da bizi gözü götürməyəm Amerikanın agentidir. Hələ, onun bloknotunda sənə qarşı neçə-neçə yaramaz suallar qaldı, yaxşı ki, vaxtında onun ağzını yumdun. Yoxsa, o zalımı zındıq birdən yenə durub sənə köntöy sual verəcəkdi ki, ”x9dHeç o 150 kq - lıq çəkindən utanıb xəcalət çəkmirsən, yerə girmirsən, məhkəmənin hökmü olmadan özü sənin bir qolun boyda olan, əslində isə səndən min dəfə qabiliyyətli, cəsarətli olan Leyla Yunus haqqında ədalətsiz danışırsan?”x9d

İndi də iş o qədər böyüyüb ki, Milli Məclicə təyin edilmiş, bağışlayın, dilim dolaşdı, Milli Məclisə hoppanıb düşmüş deputatlardan biri - Elman Məmmədov da işə müdaxilə etməyə məcbur olub. Xata yerə dünyada tayı bərabəri tapılmayan, hakimiyyətin sevimlisi, canı - ciyəri, tərifdən ötrü sinov gedən indiki hakimiyyətin, eləcə də, öz cibinin müdafiəçisi Elçin əkə bir loppağ çörəyin xatirinə keçmiş müdafiə nazirini söyüb, indikini tərifləyib. Qısası, Elçin əkə bəyan edib ki, keçmiş müdafiə naziri məni saymırdı ( yaxşı ki, “hərləmirdi”x9d deməyib), saqqala salam vermirdi, indiki müdafiə naziri isə şükür Allaha, ponyatkalıdı - bir işarədən başa düşəndir, yol - yolaq biləndir. Deputat E. Məmmədov da özünün qızıldan qiymətli tövsiyyələrini verib, ordu haqqında, onun rəhbərliyi haqqında yazmamağı, danışmamağı tövsiyyə edib. İndi də Elçin əkə cin atına minib ki, heç belə də hüquq müdafiəçiliyi olar, belə də cəmiyyət olar: polis şöbələrində döyülüb öldürülənlərdən danışma, müvəqqəti saxlama yerlərində şil-küt edilənlərdən yazma, cəzaçəkmə yerlərində döyülüb öldürülənlər haqqında səsini şıxarma, 3-5 manata görə kimisə tərifləmə, bəs onda neyləyək, biz bədbaxtlar nə işə baxaq ? Haqlısan, Elçin əkə, vallah, milyon dəfə haqlısan. Səni gözü götürməyənlər orda-burda söz buraxıblar ki, guya, sən bir vaxtlar elə bu hüquq mühafizə orqanlarında işgəncələrə məruz qalanda, qıçlarından göydən asılanda, and içib kişi sözü vermisən ki, burdan çıxan kimi işgəncələrə qarşı bir komitə yaradacam, bunların anasını ağlar qoyacam. Guya, komitəni yaradandan sonra vədlərini də unutmusan, cəza verənlərin yox, işgəncələrə məruz qalanların başına gətirilənləri gizlətməklə analarını ağlar qoymusan, cəza çəkmə yerlərində 5-10 manat alıb cinayətləri ört basdır etmisən, sonra da arada xala xətrin qalmasın onların bostanına bir - iki daş atmısan. Bunu da heç cür həzm edə bilməyən, yediyinə kiminsə şərik qoşulmasına öyrəşməmiş Ədliyyə Nazirliyi də hirslənib sənin ayağını oralardan birdəfəlik kəsib, çörəkdən edib. Mən buna qətiyyən inanmıram. İnanmıram demək çox azdır, bu fikirləri qətiyyətlə rədd edirəm, təkzib edirəm. Mən onu da təkzib edirəm ki, adı ədliyyə, özü ədliyyədən uzaq bu nazirliyin birbaşa xeyir  - duası ılə Penitensiar Xidmətinin cibinə axan milyon manatlarla məhbus pullarından indi Elçin əkəyə bir qəpik də çatmır. Mən onu da təkzib edirəm ki , uzun müddət "Soros" Fondundan hamıdan çox qrantı basıb yeyən, Leyla Yunusun şikayəti nəticəsində fondun Azərbaycan nümayəndəliyinin bağlanmasından sonra saxta ittihamlarla tutulan Leyla Yunusun üzünə dirəşən, hakimiyyətin bu gün züyçüsü kimi Amerikanı söyən Sahib Məmmədov Elçin əkədən daha yaxşı hüquq müdafiəçisidir.

Mən hətta onu da təkzib edirəm ki, bariton səsi ilə gündüzlər Milli məclisdə müxalifət fason çıxışlar edən, axşamlar isə guya qardaşının tikdirdiyi hündürmərtəbəli yaşayış binalarından gələn milyonlarla qazancı cibişdanına dürtüşdürən İqbal Ağazadədir və o bizim Elçin əkədən daha çox vətənpərvərdir.

Mətləb Mütəllimli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin