Bakıda ata oğluna görə damarlarını kəsdi

Hazırda oxunan: Bakıda ata oğluna görə damarlarını kəsdi

96150

Moderator.az xəbər verir ki, bu barədə Vesti.Az-a Nərimanov rayon polis bölməsində bildriiblər.

Yerli sakin 1951-ci il təvəllüdlü ismayılov Eldəniz Əşrəf oğlu öz evində hər iki biləyində damarlarını kəsərək intihara cəhd edib.

Bununla əlqədar olaraq İsmayılov xəstəxanaya yatırılıb, onun vəziyyəti ağırdır.

İlkin istinatq zamanı kişinin bu hərəkətinin səbəbi müəyyənləşdirilib.

Xəbər verildiyi kimi, İsmayılovun oğlu qəbul imtahanlarını verə bilməyib. Amma ata nəyin bahasına olursa olsun oğlunu instituta düzəltmək qəraına gəlib. Bu məqsədlə o,yerli universitetlərdən birinin müəllimi ilə tanış olub, müəllim ondan oğlunu tələbə etmək üçün 20 000 manat istəyib.

İsmayılov tələb edilən məbləği verib, oğlu isə tələbə ola bilməyib. Bundan başqa İsmayılova həmin məbləği geri verməyiblər.

Hal-hazırda Nərimanov rayon prokurorluğu fakt üzrə araşdırma aparır, İsmayılovun kimə və hansı şəraitdə 20 000 manat verdiyini müəyyən etməyə çalışır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin