Jurnalistin ölümünə görə daha bir futbolçu həbs edildi

Hazırda oxunan: Jurnalistin ölümünə görə daha bir futbolçu həbs edildi

90818
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı daha bir futbolçu həbs olunub.

Komanda.az xəbər verir ki, bu, futbolçu Akif Tağıyevdir. Tağıyev jurnalist Rasim Əliyevlə bağlı hadisədən xəbərdar olub bunu xəbər verməməkdə, gizlətməkdə ittiham olunur.

Əldə etdiyimiz məlumata görə, Tağıyev hazırda 8-ci polis bölməsində saxlanılır. 

1993-cü il təvəllüdlü Akif Tağıyev “Araz Naxçıvan”x9d, “Xəzər Lənkəran”x9d kimi klublarda çıxış edib. Onun formasını geyindiyi sonuncu klub “Turan" (Tovuz) olub.

Avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.

Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin