Nazirlik helikopterlərlə axtarışa başladı

Hazırda oxunan: Nazirlik helikopterlərlə axtarışa başladı

88119
Nazirlik Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində “Narkotiklərlə mübarizəyə dair İllik Tədbirlər Planı”x9dna müvafiq olaraq reyd keçirib.  

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Moderator.az-a verilən məlumata görə, keçirilən reyd zamanı xüsusi texnikanın - helikopter və çəkiliş aparan paraplanların köməkliyi ilə qoruğun Gərəkli sahəsinin mürəkkəb relyefli, uçqun meyilli ərazisində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 753 ədəd kol aşkar edilib və hüquq-mühafizə orqanlarına təhvil verilib.   Hazırda qoruğun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.  

 Qeyd edək ki, 3 iyul 2015-ci il tarixində Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruğun mürəkkəb relyefli Axkimal sahəsinin ərazisində də reyd keçirərkən ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kol aşkar etmişdi. Belə ki, sözügedən sahəyə foto-video tələ yerləşdirilərək, əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılmış, qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilmişdi. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin