Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı VƏFAT ETDİ

Hazırda oxunan: Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı VƏFAT ETDİ

608711

Rusiyalı yazıçı, tarixçi və akademik Yuri Pompeyev vəfat edib.

Bizim.Media xəbər verir ki, “Qan içində Qarabağ” kitabının müəllifi olan tanınmış yazar bu gün səhər Sankt-Peterburqda 88 yaşında dünyasını dəyişib.

Pompeyev Birinci Qarabağ müharibəsi dövründə ermənilərin törətdiyi vəhşiliklər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Belə ki, o, 1992-ci ildə Xocalı soyqırımından 6 ay sonra Sankt-Peterburqda “Qan içində Qarabağ” kitabını təqdim edib, həmçinin rus auditoriyasına erməni vəhşilikləri barədə məlumat vermək üçün sərgi təşkil edib.

Tarixçi müsahibələrində dəfələrlə bildirib ki, “Xocalıda günahkar olan şəxslər azadlıqda qaldıqca, erməni nasist ideologiyası məhv edilməyəcək”.

Yuri Pompeyevin Qarabağ hadisələrinə həsr olunan “Çətin günlər” kitabı isə 1993-cü ildə nəşr olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin