SON DƏQİQƏ: ABŞ vətəndaşlarını İrandan Azərbaycan üzərindən təcili çıxmağa çağırdı - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: ABŞ vətəndaşlarını İrandan Azərbaycan üzərindən təcili çıxmağa çağırdı - FOTO

608706

ABŞ Dövlət Departamenti amerikalı vətəndaşları İranı təcili tərk etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Vaşinqton bunu İranın hava məkanını qismən açması fonunda edib.

ABŞ tərəfi bildirib ki, ölkədən çıxmaq istəyənlər quru yolla Azərbaycan, Ermənistan, Türkiyə və ya Türkmənistan istiqamətində hərəkət edə bilərlər. ABŞ-ın İrandakı virtual diplomatik missiyasının əvvəlki təhlükəsizlik bildirişlərində də Azərbaycan üzərindən çıxış variantı ayrıca göstərilib.
 

Xatırladaq ki, İran aprelin 18-də hava məkanının şərq hissəsini beynəlxalq tranzit uçuşlar üçün qismən açdığını açıqlayıb. Bu barədə həm İran Mülki Aviasiya Təşkilatına istinadən regional media, həm də beynəlxalq agentliklər məlumat yayıb.


ABŞ tərəfi eyni zamanda vurğulayıb ki, quru sərhədləri ilə ölkədən çıxmaq təhlükəsizliyə tam zəmanət vermir və vətəndaşlar bu marşrutlardan yalnız özləri üçün təhlükəsiz hesab etdikləri halda istifadə etməlidirlər. ABŞ-ın bu mövqeyi daha əvvəl yayılan rəsmi təhlükəsizlik bildirişlərində də yer alıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin