Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR

Hazırda oxunan: Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR

643759

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir.

Bizim.Media xəbər verir ki, "modern.az" sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb.

“CityNet” şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır. Ən yüksək tarif isə 50 manatdır. Şirkətin məlumatına görə, bu tariflər 2024-cü ildən tətbiq olunur. 

“Azəronline” şirkətində aylıq 100 Mbit/s sürətli internet 25 manat, 150 Mbit/s sürətli paket 30 manat, 250 Mbit/s sürətli paket isə 36 manatdır.

“Cityline” şirkətindən tariflərin oktyabrın 15-dən dəyişdirildiyi bildirilib. Hazırda minimum aylıq internet paketinin qiyməti 25 manatdır.

“Connect” şirkəti isə minimum internet paketinin qiymətinin 2024-cü ildən 25 manat olduğunu qeyd edib.

Əlaqə saxlanılan provayderlərin bir qismində internetin quraşdırılması və modemin təqdim edilməsi ödənişsizdir.

Qeyd edək ki, daha əvvəl oktyabrın 1-dən qiyməti 18 manat və daha aşağı olan sabit internet paketlərinin 25 manatlıq minimum tarifə keçiriləcəyi bildirilmişdi. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin