Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO

Hazırda oxunan: Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO

643741

Xəbər verdiyimiz kimi Bakıda yerləşən “Brain Academy” uşaqların erkən inkişaf mərkəzinin Bakıxanov filialında  2 yaşlı autizm spektrli uşağın zorakılığa məruz qalması barədə görüntülər yayılıb. 

Bizim.Media xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında azyaşlını döyən müəllimin üzr videosu yayımlanıb.
 

“Baş verən hadisəyə görə, uşağımızdan, ailəsindən və hər kəsdən üzr istəyirəm. Bilirəm, müəllim olaraq etdiyim hərəkət çox pisdir. Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərim olanları dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm”, - deyə sözügedən müəllim deyib.


Qeyd edək ki, autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin