Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü ruslara da lazımdır” – VİDEO

Hazırda oxunan: Zelenski: “Ukraynanın NATO-ya üzvlüyü ruslara da lazımdır” – VİDEO

643731

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkəsinin NATO-ya üzv olması Rusiya üçün Ukraynanın alyansdan kənarda qalmasından daha təhlükəsiz olardı.

Bizim.Media xəbər verir ki, Zelenski bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. 

Ukrayna liderinin sözlərinə görə, Ukrayna ordusu NATO üçün alyansın özü Ukraynanın təhlükəsizliyi baxımından nə qədər vacibdirsə, bir o qədər əhəmiyyətlidir.

“Düzünü desəm, hesab edirəm ki, bu, ruslara da lazımdır. Ukraynanın NATO-ya üzvlüyü. Çünki mənim şəxsi fikrimcə, bu, Ukraynanın NATO-dan kənarda qalmasından daha çox təhlükəsizlik deməkdir”, – deyə Zelenski vurğulayıb.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin