Cəriməni gecikdirməyin bədəli - 40-50 manata görə 6 ay təpik döyəcəklər

Hazırda oxunan: Cəriməni gecikdirməyin bədəli - 40-50 manata görə 6 ay təpik döyəcəklər

643697

Ötən gün Bakıda 50 manat məbləğində cəriməni 3 ay ərzində ödəmədiyinə görə bir qadının 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməsi cəmiyyətdə müzakirələrə səbəb olub. Bu hal inzibati cərimələrin ödənilməsi qaydalarını, hansı hallarda sürücülük hüququnun məhdudlaşdırılması məsələsini yenidən gündəmə gətirir.

50 manat çəriməyə görə 6 aylıq kənarlaşdırma?

Elə bir sürücü yoxdur ki, onun az-çox cəriməsi olmasın. Kimi maddi vəziyyətinə görə, kimisi ilkin endirim haqqından yararlanmaq üçün cəriməsini tez ödəyir. Amma bu müddəti uzadanlar, cəriməsini saxlayıb işi “yoxuş”a sürənlər də az deyil. Bəlkə də çoxları bilmir ki, 40-50 manata görə maşın üzünə 6 ay həsrət qalmaq da var.

Belə  ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 150.11-ci maddəsinə görə, cərimə tətbiq olunursa, 5 iş günü ərzində cərimə ödənildikdə, məbləğin 10 faizi miqdarında endirim edilir. Ödəniş 30 gün müddətində edilmədikdə isə hər gecikən gün üçün 1 faiz dəbbə pulu hesablanır (maksimum 2 ay müddətinə). Cərimə və dəbbə pulu 3 ay ərzində ödənilmədikdə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Cərimə edilən şəxs İXM 529.3-cü maddəyə əsasən 3 ay ərzində cəriməni ödəmədikdə sürücülük hüququ məhdudlaşdırılır.

Sürücülük hüququnu kim məhdudlaşdırnır?

Yol polisi tərəfindən cərimənin ödənmədiyi aşkar edildikdə İXM 529.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilir. Məhkəmə həqiqətən cəriməni ödənmədiyini aşkar etdikdə sürücülük hüququ 6 aydan 1 ilədək məhdudlaşdırır. Lakin bunun üçün cərimə barədə qərar qanuni qüvvəyə minməli, qanuni ödənişsiz qalma müddəti tamamlanmalıdır.

Maddədə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı cərimə, dəbbə pulu məhkəmə qərar qəbul edənədək ödədikdə şəxs inzibati məsuliyyətdən azad olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin