Rusiya Azərbaycanın meyvə-tərəvəzinin ƏSAS İDXALÇISI oldu

Hazırda oxunan: Rusiya Azərbaycanın meyvə-tərəvəzinin ƏSAS İDXALÇISI oldu

643743

Rusiya Azərbaycanın meyvə-tərəvəz ixracında ilk sırada qərarlaşıb.

Bizim.Media xəbər verir ki, bu ilin ilk 8 ayında Azərbaycanın bu məhsullar üzrə ümumi ixrac dəyərinin 83,1 faizi Rusiyanın payına düşüb.

Məlumata görə, Rusiya Azərbaycandan ən çox pomidor alıb. Belə ki, 134,5 min ton pomidor 160,8 milyon dollar dəyərində ixrac edilib.

Bundan başqa, Rusiyaya 61 min ton şaftalı 85,2 milyon dollara, 55,3 min ton çiyələk isə 81,5 milyon dollara satılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin