“Bavariya”nın futbolçusu sıradan çıxdı

Hazırda oxunan: “Bavariya”nın futbolçusu sıradan çıxdı

643742

“Bavariya”nın yarımmüdafiəçisi Luis Dias zədə səbəbindən komandanın bir neçə oyununu buraxa bilər.

Bizim.Media xəbər verir ki, kolumbiyalı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Arsenal”la 2:2 hesablı heç-heçə etdikləri matçda zədələnib. O, görüşün 68-ci dəqiqəsində əvəzlənib.

Klubun məlumatına görə, 29 yaşlı futbolçunun sol budunun arxa əzələsində qismən cırılma aşkarlanıb.

Jurnalist Florian Plettenberqin bildirdiyinə görə, Diasın 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu müddətdə o, “Frayburq”, “Maqdeburq”, Dortmund “Borussiya”sı, Madrid “Atletiko”su, “Maynts” və “Köln”lə oyunları buraxa bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin