BMT ekspertlərindən Avropaya ÇAĞIRIŞ: Əfqanıstan vətəndaşları deportasiya edilməsin

Hazırda oxunan: BMT ekspertlərindən Avropaya ÇAĞIRIŞ: Əfqanıstan vətəndaşları deportasiya edilməsin

643748

BMT ekspertləri Avropa ölkələrini əfqanıstanlıların deportasiyasından çəkinməyə və “Taliban” hərəkatını legitimləşdirməməyə çağırıblar.

Bizim.Media xəbər verir ki, ekspertlər Avropa ölkələrinin “Taliban”la əlaqələrinin genişlənməsini tənqid ediblər.
 

Bəyanatda bildirilib ki, Əfqanıstana qaytarılan şəxslər işgəncə, özbaşına həbs, məhkəməsiz edam və digər təqiblərlə üzləşə bilərlər. Ekspertlər xüsusilə qadın və qızların, etnik və dini azlıqların, jurnalistlərin, hüquq müdafiəçilərinin, eləcə də Əfqanıstanın keçmiş təhlükəsizlik qüvvələri əməkdaşlarının ciddi risk altında olduğunu vurğulayıblar.


Bəyanata bir sıra Avropa ölkələrinin əfqanıstanlıların geri qaytarılması məsələsində “Taliban”la əməkdaşlığı genişləndirməsi səbəb olub.

Məlumata görə, Almaniya deportasiyaları bərpa edib. Fransa, Avstriya və Norveç isə qruplaşmanın nümayəndələri ilə texniki təmaslar qurub.

Bundan başqa, iyul ayında “Taliban” nümayəndə heyəti Brüsseldə Avropa Komissiyasının və Avropa İttifaqına üzv 15 ölkənin nümayəndələri ilə danışıqlar aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin