FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib.
Bizim.Media İdman.biz-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək.
Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə Londonun "Arsenal" klubunun baş məşqçisi olub. O, hazırda klub məşqçiliyi ilə məşğul olmur və FIFA-da futbolun qlobal inkişafı istiqamətində fəaliyyət göstərir.

Xatırladaq ki, Venger FIFA-nın yeni U-15 turnirinin konsepsiyasının hazırlanmasında mühüm rol oynayıb. Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-də Bakıda başlayacaq və oktyabrın 30-da başa çatacaq.
Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:11 / 23.10.2026
Arsen Venger Bakıya gəldi – FOTO
Hazırda oxunan: Arsen Venger Bakıya gəldi – FOTO
Hazırda oxunan: Arsen Venger Bakıya gəldi – FOTO
643775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































