Tramp Maskdan Ukraynada Starlink məhdudiyyətlərini ləğv etməyi İSTƏDİ

Hazırda oxunan: Tramp Maskdan Ukraynada Starlink məhdudiyyətlərini ləğv etməyi İSTƏDİ

643729

ABŞ Prezidenti Donald Tramp İlon Maska zəng edərək Ukraynada Starlink sisteminin fəaliyyətinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, telefon danışığından qısa müddət sonra Starlink sistemi əvvəlki iş rejiminə daha yaxın fəaliyyət göstərməyə başlayıb.

Bununla belə, bəzi ukraynalı rəsmilər Starlink-in hələ tam funksionallığını bərpa etmədiyini bildiriblər. Buna baxmayaraq, məhdudiyyətlərin tətbiq olunduğu dövrlə müqayisədə internet bağlantısının sürəti artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin